Bütün xəbərlər
"İstəsəm maşın yox, təyyarə sürərəm" - Gülay Zeynallı qazancından DANIŞDI
Tarix: 30-06-2023 07:33 | Bölmə: Mədəniyyət

               "İstəsəm maşın yox, təyyarə sürərəm" - Gülay Zeynallı



Müğənni Gülay Zeynallı açıqlaması ilə gündəmə gəlib.
Sabaha-inamla.az Metbuat.az-a istinadən xəbər verir ki, ifaçı MTV telekanalında qonaq olduğu "Səhərin səsi" verilişində qazancından danışıb. O, müğənnilikdən yaxşı pul qazandığını etiraf edib:
“Bu gün xalq mahnıları oxuyan gənclər arasında daimi toylara dəvət alan 5 nəfər varsa, onlardan biri də mənəm.
Getdiyim məclislərdə də hamı bilir ki, 2-3 saat ancaq ayaq üstə oluram. Buna görə yaxşı qonorar da alıram. Bu pulu da özümə, ailəmə xərcləyirəm. İşimdən çox razıyam.
Heç kimin çörəyini yemirəm. Heç kimin qazancı ilə də həyatımızı başa vurmuruq. Yetərincə işim var. Bəli, işləyirəm, bu, əziyyətimdir. Bu gün istəyərəm, maşın yox, təyyarə sürərəm. Bunun heç kimə aidiyyatı yoxdur".


Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya