Bütün xəbərlər
Aktyor Nikita Zverev təcili xəstəxanaya yerləşdirilib
Tarix: 21-06-2023 23:06 | Bölmə: Mədəniyyət


KİV-in məlumatına görə, 49 yaşlı teatr və kino aktyoru Nikita Zverev Moskva Komediya Teatrında oynadığı tamaşadan sonra xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “İdeal ər” tamaşasının sonunda Zverev yemək üçün mağazaya gedib və orada qəfil huşunu itirib. Sənətçiyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, huşunu itirməyə səbəb həddindən artıq iş olub. Nikita Zverevin dediyinə görə, son vaxtlar o, yaxşı yatmayıb və həmçinin yüksək təzyiqdən əziyyət çəkirmiş.
Zverev özünə gələndən sonra "Life.ru"-ya halsızlığın səbəbləri barədə danışıb: “Yığılmış yorğunluqdan huşumu itirdim, sadəcə məşqlər, yemək yemədim, yuxuzuz qaldım... Özümü yaxşı hiss edirəm, xəstəxanada qalmaqdan imtina etdim”.
Sənətçi xəstəxanada qalmaqdan imtinasını başqa şeylərlə yanaşı, sıx iş qrafiki ilə izah edib.
Zverev həmçinin həkimlərə köməklərinə görə, azarkeşlərə isə narahatlıqlarına görə təşəkkür edib.
Nikita Zverevin filmoqrafiyasına 60-dan çox film daxildir. "Cənab Nokaut", "Kölgə boksu", "Fırtına qapısı", "Krujeva", "Şərabda həqiqət" və s.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya