Bütün xəbərlər
Makkartni, Lennonun vokalını əks etdirən son "Beatles" mahnısını buraxacaq
Tarix: 13-06-2023 23:57 | Bölmə: Mədəniyyət


Pol Makkartni “The Beatles” qrupunun hələ də yayımlanmamış mahnısını təqdim etməyə hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, süni intellekt əfsanəvi rok qrupunun həmtəsisçisinə buraxılışı hazırlamağa kömək etdi.
BBC Radio 4-ə müsahibə verən Pol Makkartni "The Beatles" qrupunun "son" mahnısı haqqında danışıb. Zvuk Media xəbər verir ki, britaniyalı musiqiçi onu 2023-cü ildə buraxmağı planlaşdırır.
Məşhur rok qrupunun liderlərindən biri söhbətin hansı mahnıdan getdiyini açıqlamayıb. Bununla belə, burada 1980-ci ildə öldürülən mərhum Con Lennonun səsi yer alacaq. Onun vokalları köhnə demodan götürülüb və süni intellekt texnologiyası ilə işlənib.
Bildirilir ki, Pol Makkartni kömək üçün əvvəllər "Beatles" sənədli seriyası üzərində işləyən və səs yaratmaq üçün süni intellektdən istifadə edən rejissor Piter Ceksona müraciət edib.
Bəzi məlumatlara görə, 1978-ci ildə bəstələnmiş və qaralama yazılarda qorunan Con Lennonun "İndi və sonra" mahnısı gün işığını görəcək.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto
25-02-2025, 19:36 Xalq artisti vəfat edib