20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Rusiyanın əməkdar artisti Nikolay Malinkin vəfat edib
Tarix: 02-06-2023 21:03 | Bölmə: Mədəniyyət


Rusiyanın əməkdar artisti, Moskva "Od quşu" teatrının yaradıcılarından biri, sovet və rus aktyoru Nikolay Malinkin vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mədəniyyət işçisinin 75 yaşı var idi.
"Od quşu" teatrı ona 32 il ömür bəxş etmiş öz səhnə ustası Nikolay Malinkinin vəfatını elan etdi. Sənətçi iyunun 1-də dünyasını dəyişib.
Aktyorun həmkarları nekroloqda “O, öz teatrının atası idi” yazıb.
O, “Od quşu” üçün pyeslər yazıb, canlı, yaddaqalan rollar yaradıb. Nikolay Malinkini tanıyan insanların xatirələrinə görə, o, rus xalq nağılları repertuarının qızğın müdafiəçisi, həssas, qayğıkeş bir insan idi.
Kinoda aktyor “Akademiya”, “Beşinci qvardiya”, “Çili altında gecə” və digər film və seriallardakı rolları ilə yadda qalıb.
Sənətçi ilə vida mərasimi iyunun 4-də Moskvada baş tutacaq.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər