12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
18:04 / 15-11-2026
Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlar xəttini açıqlayıb
17:34 / 15-11-2026
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
17:31 / 15-11-2026
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
17:28 / 15-11-2026
Stolüstü tennis üzrə Avropa çempionatının (14 yaşa qədər) finalında Rusiya komandası ukraynalıları məğlub edib
01:08 / 15-11-2026
İcra başçısının şəhid atası ilə bu cür görüşü ona oğlunu xatırladıb-VİDEO
19:21 / 14-11-2026
Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətdir-Könül Nurullayeva
23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
Etnoqraf alim Hacı Qadir Qədirzadənin75 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 19-05-2023 19:32 | Bölmə: Mədəniyyət

Etnoqraf alim, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Hacı Qadir Qədirzadənin anadan olmasının 75 illiyi münasibətilə tədbir təşkil olunub.
Bu barədə Sabaha-inamla.az-a AMEA-nın Naxçıvan Bölməsindən bildiriblər.
Bildirilib ki, tədbirdən öncə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kollektivi alimin Cəhri kənd qəbiristanlığındakı məzarını ziyarət edib.
AMEA-nın Naxçıvan Bölməsində baş tutan yubiley tədbirini giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında Hacı Qadir Qədirzadənin həyat və fəaliyyətinin əsas məqamlarına nəzər salıb, sahib olduğu mühüm insani keyfiyyətlərindən danışıb.
“Hacı Qadir Qədirzadə həm öz sahəsinin vurğunu olan alim, həm də bir sıra yüksək mənəvi keyfiyyətlərə malik insan kimi gənc nəsil, püxtələşməkdə olan tədqiqatçılar üçün əsl nümunə idi”, - söyləyən bölmə rəhbəri bildirib ki, alim fəaliyyəti dövründə onu tanıyan hər kəsin hörmət və rəğbətini qazanmışdır. Hər zaman xatirəsi ehtiramla yad olunan Hacı Qadir Qədirzadə görkəmli alim və əsl insan kimi xatirələrdə yaşayacaqdır.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov tədbirdə “Hacı Qadir Qədirzadənin həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edib.
Məruzədə diqqətə çatdırılıb ki, Hacı Qadir İbrahim oğlu Qədirzadə 20 may 1948-ci ildə indiki Babək rayonunun Cəhri qəsəbəsində dünyaya göz açmışdır.Doğma kəndində orta məktəbi bitirdikdən sonra fəhlə kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1967-1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında tarix ixtisası üzrə təhsil almış, təhsilini başa vurduqdan sonra Cəhri kənd orta məktəbində müəllim, 1975-ci ildən Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə isə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-2001-ci illərdə AMEA-nın Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini kimi fəaliyyətini davam etdirmişdir.
Hacı Qadir Qədirzadə 1983-cü ildə namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Alim 2006-cı ildə “İcmalararası münasibətlər” proqramı çərçivəsində ABŞ-də qarşılıqlı fəaliyyətə verdiyi töhfəyə görə Dallas şəhərinin meri tərəfindən “Dallas şəhərinin fəxri vətəndaşı” elan olunmuş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ailədə və məişətdə etnoqrafik məsələlər, etnik-mədəni münasibətlər, islama qədərki inanc sistemləri və tanrıçılıq sistemi, xalq təbabəti üsulları, eləcə də Nuh peyğəmbər və Dünya tufanı məsələsində Naxçıvanın yeri və başqa mövzular etnoqraf alimin tədqiqatlarının əsas predmeti olmuşdur.Bundan əlavə milli uşaq oyunları, etnodemoqrafik problemlərin araşdırılması da alimin tədqiqatlarında xüsusi mahiyyət kəsb etmişdir.
Hacı Qadir Qədirzadə fəaliyyəti dövründə Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran, İraq və başqa ölkələrdə keçirilən beynəlxalq simpoziumların, qurultayların, konfransların iştirakçısı olmuş, aktuallıq kəsb edən mövzularda məruzələr etmişdir.400-ə yaxın elmi, elmi-kütləvi, publisistik məqalənin, 7-si həmmüəllifli olmaqla 20 kitabın müəllifidir.“Kitabi Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Həzrət-i insan”, “Milli-mənəvi dəyərlərimiz” və başqa kitabları maraqlı təhlillərin, müqayisə və araşdırmaların əksini tapdığı dəyərli əsərlərdir.
Məruzəçi qeyd edib ki, etnoqraf alimin səmərəli elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir.O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Alimin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” aldı kitabı mükafata layiq görülmüş, kitab ali təhsil müəssisələrində dərslik kimi tövsiyə olunmuşdur.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova,İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev çıxış ediblər. Çıxış edənlərHacı Qadir Qədirzadə ilə bağlı xatirələrini dinləyicilərlə bölüşüb, onu vətənpərvər, qətiyyətli,alicənab, səmimi, xeyirxah, zəngin dünyagörüşünə malik şəxsiyyət kimi xarakterizə ediblər.Hacı Qadir Qədirzadənintarixi ərazilərimizin etnik olaraq türklərə mənsubluğu, ailə dəyərlərimizin yaşadılması, müxtəlif etnoqrafik materialların tədqiqi üçün var qüvvəsi ilə çalışmasından, özündən sonra elmimizə bəxş etdiyi ardıcıllarından danışıblar.
Sonda alimin yaxın qohumu İqrar Əliyev çıxış edərək Hacı Qadir Qədirzadə ilə bağlı xatirlərini bölüşüb, ailə üzvləri adından alimin elmi irsinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Sabaha-inamla.az
Baxış sayı: 497
Bölməyə aid digər xəbərlər

12-11-2026, 18:33
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
5-11-2026, 17:45
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
4-11-2026, 20:15
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
29-10-2026, 09:58
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
28-10-2026, 20:28
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
26-10-2026, 21:36
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
25-10-2026, 17:44
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
22-10-2026, 23:22
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
19-10-2026, 18:56
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18-10-2026, 21:58
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
18-10-2026, 21:39
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
15-10-2026, 19:13
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
6-10-2026, 20:04
Fazil Məmmədov nazir müavini təyin olundu
29-09-2026, 18:03
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
29-09-2026, 17:51
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər