Bütün xəbərlər
Moskva Motosiklet Festivalı iştirakçıların rekordunu yeniləyib
Tarix: 13-05-2023 22:33 | Bölmə: Mədəniyyət


Şənbə günü, mayın 13-də keçirilən Moskva motosiklet paradında rekord sayda iştirakçı - 10 minə yaxın motosikletçi iştirak edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti öz Telegram-kanalında məlumat yayıb.
Kolona Akademika Saxarov prospektindən başlayıb Muzeon parkına doğru irəliləyib. Motosikletçilər bütün təhlükəsizlik qaydalarına riayət etməklə hərəkət ediblər. Deptrans qeyd edir ki, heç bir insident qeydə alınmayıb.
Tədbirin tarixinin ən böyük kortejini qarşılamağa minlərlə moskvalı çıxıb.


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya