Bütün xəbərlər
Ukraynadan olan qaçqın qalmaqallı məhəbbət şousunda soyunub
Tarix: 28-04-2023 23:53 | Bölmə: Mədəniyyət


Ukraynalı qaçqın Britaniyanın “Naked attraction” şousunda iştirak edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, proqramın iştirakçılarının bir-birinin qarşısında çılpaq olması tələb olunduğundan, proqram qalmaqallı xarakter daşıyır.
Ukraynadan olan qaçqının adı Mariyadır. O, can yoldaşı tapmaq üçün verilişdə iştirak edib. "Bristol Post" qəzetinin yazdığına görə, qız öz həyatı üçün qorxduğu üçün Böyük Britaniyaya köçüb.
Çılpaq cazibə qaydalarına əsasən, baş qəhrəman yayımdan sonra görüşə gedəcəyi namizədi seçməlidir. İştirakçılar çılpaq halda bir-birlərini tanıyırlar. Eyni zamanda bir-birlərini daha yaxından tanımaq üçün şəxsi mövzularda danışırlar.
Şou 2016-cı ildən efirdədir, lakin mühafizəkar vətəndaşlar tərəfindən daim tənqid edilir.


Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya