Bütün xəbərlər
Naxçıvan Muxtar Respublikası Prokurluğunun əməkdaşları ümummilli lider Heydər Əliyevin adını daşıyan Müzeyi ziyarət edib
Tarix: 27-04-2023 19:47 | Bölmə: Mədəniyyət

Naxçıvan Muxtar Respublikası Prokurluğu və Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar aprelin 27-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, ümummilli liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.
Sonda xatirə fotoşəkili çəkdirilib.







Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya