Bütün xəbərlər
17 yaşlı müğənni Vanya Dmitrienko "Forbes" jurnalının reytinqinə daxil edilib
Tarix: 26-04-2023 22:14 | Bölmə: Mədəniyyət


17 yaşlı ifaçı Vanya Dmitrienko "Forbes"-in 30-dan aşağı yaş həddi olan siyahısına daxil edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilib.
Reytinqə 30 yaşına kimi peşəkar sahədə görkəmli uğur və tanınmağa nail olmuş mədəniyyət, incəsənət, moda, idman, elm, biznes nümayəndələri daxildir.
“Musiqi” nominasiyası üzrə məşhur “Venera-Yupiter” kompozisiyasının ifaçısı və müəllifi seçilib. Eyni zamanda, Vanya siyahıdan ən gənc musiqiçi oldu.
Ondan başqa, nominasiyada hip-hop ifaçısı Asya Əlizadə, müğənni Mari Kraymbreri, reper İNSTASAMKA, rok musiqiçisi Qleb Viktorov, estrada müğənnisi CONİ və başqaları təmsil olunub.
Xatırladaq ki, sənətçi “Rossiya 1” telekanalında “Mənim melodiyam”, “Duets” və “Ulduzlarla rəqs” verilişlərində iştirak edib.


Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya