Bütün xəbərlər
Dame Edna obrazını canlandıran avstraliyalı komediya aktyoru Barri Hamfris vəfat edib
Tarix: 22-04-2023 23:52 | Bölmə: Mədəniyyət

Dame Edna Everage obrazı ilə tanınan məşhur avstraliyalı komediya aktyoru Barri Hamfris 90 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Variety" yazır.
Sənətçi Sidneydəki xəstəxanada dünyasını dəyişib. O, mart ayında keçirdiyi əməliyyatın ağırlaşmalarından əziyyət çəkirdi.
“Bütün zamanların ən böyük avstraliyalılarından biri, komediya dahisi, "Spectator" jurnalının parlaq müəllifi Barri Hamfris vəfat edib. Böyük itki”, - İngiltərənin keçmiş Baş naziri Boris Conson Tvitter hesabında yazıb.
Hamfris 17 fevral 1934-cü ildə anadan olub. Dame Edna obrazında "Broadway"-da veriliş apardı, onun "avtobioqrafiyası" da daxil olmaqla bir neçə kitab yazdı. Həmçinin, komediyaçı bir neçə filmdə rol alıb, televiziya şoularının aparıcısı olub.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya