Bütün xəbərlər
İqor Vernik evləndi
Tarix: 22-04-2023 21:21 | Bölmə: Mədəniyyət


Rusiyanın xalq artisti İqor Vernik və kinoprodüser Natalya Şneyderova evlənib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yeni evlənənlərin fotosunu ilk yayımlayan aktyorun qardaşı, teleaparıcı Vadim Vernik məlumat verib.
Məlum olub ki, məşhur aktyor və teleaparıcı ötən ilin oktyabrında ailə qurub. Lakin İqor Vernik və ondan 16 yaş kiçik Natalya Şneyderova toy şənliyini təxirə salmaq qərarına gəliblər.
Bu gün baş tutdu.
Aktyorun əkiz qardaşı Vadim Vernik mikrobloqunda "Sevimli qardaşım evləndi! Nataşa, bilirsən, sənə nə qədər pərəstiş edirəm! Sənin üçün xoşbəxtəm!"
Bu, 59 yaşlı sənətçinin üçüncü evliliyidir. Məlumdur ki, İqor Vernik gələcək həyat yoldaşı ilə bir neçə il əvvəl tədbirlərin birində tanış olub.




Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya