Bütün xəbərlər
Anna Kurnikova Enrike İqlesiasla olan uşaqlarının nadir şəklini paylaşıb
Tarix: 21-04-2023 20:26 | Bölmə: Mədəniyyət


Keçmiş tennisçi Anna Kurnikova və məşhur müğənni Enrike İqlesias nadir hallarda abunəçiləri şəxsi həyatlarının təfərrüatları ilə əyləndirirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu günlərdə Kurnikova ailə şəklini yayımladı.
Enrike İqlesias və Anna Kurnikova ən qapalı ulduz cütlüklərdən biri hesab olunur. Ancaq bu yaxınlarda Kurnikova pərəstişkarlarına hər üç uşağı birlikdə göstərdi. Fotoda Nikolay, Lüsi və Maşa valideynləri ilə açıq havada əylənirlər.
Müsahibələrin birində ispan ifaçı Enrike İqlesias qızına niyə rus adını verdiyini etiraf edib. Sevgilisi bunda israr edib.
Xatırladaq ki, gənclər 2002-ci ildə Enrikenin ifa etdiyi klipin çəkiliş meydançasında tanış olublar. 2017-ci ildə onlar əkiz Nikolas və Lüsinin valideynləri oldular, 2020-ci ilin yanvarında isə Maşa adlı kiçik qızı dünyaya gəldi.
Bundan əvvəl keçmiş tennisçi Anna Kurnikova müğənni Enrike İqlesiasa ilk baxışdan aşiq olduğunu etiraf etmişdi.


Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya