Bütün xəbərlər
“Cənab Nokaut” filmi ilk dəfə Çində nümayiş etdiriləcək
Tarix: 20-04-2023 23:01 | Bölmə: Mədəniyyət


Sovet boksçusu Valeri Popençenkonun həyatından bəhs edən "Cənab Nokaut" bioqrafik döyüş-drama çinli tamaşaçılar tərəfindən izləniləcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Rossiya 1” telekanalının iştirakı ilə lentə alınan Artem Mixalkovun filmi XIII Pekin Beynəlxalq Film Festivalı (BJIFF) çərçivəsində təqdim olunacaq.
“Film Distributor's Bulletin” xəbər verir ki, Rusiyanın “Cənab nokaut” filmi aprelin 20 və 22-də Çində nümayiş etdiriləcək. Sensasiyalı idman lentinin rejissoru hesab edir ki, bu, çinli tamaşaçılar üçün başa düşüləcək.
Artem Mixalkov deyir: "Sevgi, dostluq və özünə qalib gəlmək sərhəd tanımır və heç bir milliyyətə malik deyil".
XIII Pekin Film Festivalı çərçivəsində nümayişlər Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roskino tərəfindən təşkil olunur. Həmçinin bildirilir ki, “Mr. Knockout” aprelin 20-dən 29-dək Çinin iQIYI video platformasında təqdim olunacaq.
“Rossiya 1” telekanalının iştirakı ilə “Kinodom” studiyası tərəfindən lentə alınan sovet idmançısı Valeri Popençenkonun həyatından bəhs edən dram ilk dəfə Çin tamaşaçılarına təqdim olunacaq. Bundan əvvəl Artem Mixalkovun filmi Hindistanda ŞƏT ölkələrinin kinofestivalında və XIV Daşkənd Beynəlxalq “İpək Yolunun mirvarisi” kinofestivalında nümayiş etdirilib.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya