Bütün xəbərlər
Aktyor Aleksandr Tartışnikov Ukraynada vəfat edib
Tarix: 19-04-2023 13:43 | Bölmə: Mədəniyyət


“Xüsusi təyinatlılar” filmində rol alan aktyor Aleksandr Tartışnikov 81 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov Dövlət Şevçenko Teatrının mətbuat xidməti məlumat yayıb.
Sənətçi çərşənbə axşamı, aprelin 18-də vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Teatr qeyd edib ki, son vaxtlara qədər Aleksandr Maksimoviçi 80 illik yubileyi münasibətilə təbrik edirdilər, indi isə onun ölüm xəbərini verməyə məcburdurlar.
“Zaman elə keçir... Aleksandr Maksimoviçin xatirəsi mübarək”, - teatrın müraciətində xüsusilə qeyd olunur.
Tartışnikov 1943-cü il fevralın 1-də Daşkənddə anadan olub. Uzun müddət aktyorluq karyerası ərzində o, SSRİ-nin Krasnoyarsk, Arxangelsk və digər şəhərlərinin teatrlarında işləməyi bacarıb. 1974-cü ildən Xarkov Dövlət Teatrında çalışıb. O, “Xüsusi təyinatlılar” və “Almaz ovçuları” da daxil olmaqla 27 filmdə rol alıb.
Bundan əvvəl məlum olmuşdu ki, 59 yaşında "Yaşadığı ada" filmindəki rolu ilə geniş tanınmağa başlayan aktyor Yuri Aşıxmin vəfat edib.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya