Bütün xəbərlər
Ceremi Renner onu xilas edən həkimlərə təşəkkür etmək üçün xəstəxanaya qayıdıb
Tarix: 18-04-2023 22:11 | Bölmə: Mədəniyyət


Ceremi Renner yanvar ayında qartəmizləyən maşın qəzasından sonra bir neçə həftə qaldığı xəstəxanaya baş çəkib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor bu dəfə ona ixtisaslı yardım göstərən həkimlərə təşəkkür etmək üçün xəstəxanaya gedib.
Sosial şəbəkələrdə aktyor Renoda (Nevada) tibb mərkəzinin əməkdaşları ilə birgə şəkillərini paylaşıb. O, həkimləri heyrətamiz adlandırıb və onun həyatını xilas etdiklərini deyib.
Qəzadan sonra aktyor hələ tam sağalmayıb və buna görə də qamışın köməyi ilə hərəkət edir. Martın sonunda, qəzadan sonra ilk dəfə Renner genişmiqyaslı ictimai tədbirdə - özünün "Rennervations" şousunun premyerasında iştirak edib.
Xatırladaq ki, yanvarın 1-də “Qisasçılar” blokbasterində Şahin obrazı ilə tanınan aktyor qəza nəticəsində 32 sınıq xəsarəti alaraq xəstəxanada idi. Renner qardaşı oğluna doğru yuvarlanan qartəmizləyən maşını dayandırmağa çalışsa da, tırtıl aktyoru maşının altına çəkib. O, bir neçə əməliyyat keçirib.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya