Bütün xəbərlər
“Çağırış” filmində rol alan kosmonavt Dubrov onun aktyorluq təcrübəsini yüksək qiymətləndirib
Tarix: 12-04-2023 23:57 | Bölmə: Mədəniyyət


“Çağırış” filminin çəkilişlərində iştirak edən kosmonavt Pyotr Dubrov rejissor Klim Şipenko ilə əməkdaşlıq təəssüratlarını bölüşüb

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kino operatoru film üzərində işləmək üçün aktrisa Yuliya Peresild ilə birlikdə BKS-ə uçub.
Filmin premyerası ərəfəsində sınaqçı kosmonavt Pyotr Dubrov TASS-a bildirib ki, qarşısına hansı vəzifələr qoyulmasından asılı olmayaraq, bütün işlərində əlindən gələni etməyə çalışır. O, orbitdə kinofilm çəkməyə öz prinsipləri əsasında yanaşdı.
“Klim çox müsbət danışdı, peşəkar rejissordan belə sözləri eşitmək məni çox sevindirdi, amma gəlin yekun nəticəyə baxaq”, - kosmonavt agentliyə rejissor Şipenko tərəfindən aktyorluq işinə verdiyi qiymət barədə deyib.
“Çağırış” filminin premyerası aprelin 12-də Dövlət Kreml Sarayında olacaq, geniş nümayişi isə aprelin 20-də başlayacaq.
Orbitdə ilk bədii filmin çəkilişləri 2021-ci ilin oktyabrında başlayıb. Rejissor Klim Şipenko və aktrisa Yuliya Peresild 12 gün İSS-də olublar. Onları çəkilişlərdə iştirak edən kosmonavtlar Anton Şkaplerov, Oleq Novitski və Pyotr Dubrov müşayiət edib.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya