Bütün xəbərlər
“Elə yaşayın ki...” - Hikmət Rəhimov Azər Paşa Nemətovdan yazdı
Tarix: 10-04-2023 03:02 | Bölmə: Mədəniyyət

                       ele-yasayin-ki



Aktyor Hikmət Rəhimov bu gün vəfat edən Akademik Milli Dram Teatrının  direktoru Azər Paşa Nemətov haqda paylaşım edib.
Sabaha-inamla.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktyorun fikirləri birmənalı qarşılanmayaraq ciddi müzakirələrə səbəb olub:
“Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!”.
Xatırladaq ki, aktyor illər öncə AzDrama ilə yollarını qalmaqallı şəkildə ayırmışdı. O, Azər Paşa Nemətov teatra direktor təyin olunanda onu təbrik etmədiyi üçün işdən çıxarıldığını bildirmişdi.
Qeyd edək ki, Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında vəfat edib.


Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya