Bütün xəbərlər
Bəstəkar Ryuiçi Sakamoto vəfat edib
Tarix: 02-04-2023 22:59 | Bölmə: Mədəniyyət


Məşhur yapon bəstəkarı və prodüseri Ryuiçi Sakamoto vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Oskar" mükafatı laureatının ölümü ilə bağlı məlumatı "Kyodo" agentliyi yayıb.
Musiqiçi martın 28-də dünyasını dəyişib.O, xərçəng xəstəliyindən Tokio xəstəxanalarından birində dünyasını dəyişib.
Ryuiçi Sakamoto Doğan Günəş ölkəsinin ən titullu bəstəkarlarından biridir. Yapon dahisi Bernardo Bertoluççinin filmlərinə musiqi yazmaqla dünya şöhrəti qazanıb.
O, həmçinin 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi üçün musiqili kompozisiya yaradıb. Dünya musiqisinə verdiyi töhfəyə görə 2009-cu ildə Fransa Mədəniyyət Nazirliyinin ordeni ilə təltif edilib.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya