Bütün xəbərlər
Alexander Rozenbaum xəstəxanadan buraxılıb
Tarix: 15-03-2023 12:46 | Bölmə: Mədəniyyət


Rusiyanın xalq artisti Aleksandr Rozenbaum Krasnoyarskdakı təcili tibbi yardım xəstəxanasından evə buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.
"Xəstəxanadan evə buraxılıb, Krasnoyarski tərk edib", - mənbə agentliyə istinadən bildirib.
Martın 14-də məşhur musiqiçi Krasnoyarskda qastrol səfəri zamanı ayağındakı ağrı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyat keçirmək qərarına gəliblər. Daha sonra Aleksandr Yakovleviç pərəstişkarları ilə əlaqə saxlayıb və sosial şəbəkə səhifəsində onlara göstərdikləri qayğı və dəstəyə görə təşəkkür sözləri yazıb. O, həmçinin əlavə edib ki, Bratskda martın 15-nə planlaşdırılan konsert təxirə salınmalı olub.
Rozenbaumun Krasnoyarsk qastrolunun təşkilatçısı Aleksandr Rıjov əmin edib ki, ifaçını əla özünü hiss edir və onun növbəti konsertləri qastrol cədvəlinə uyğun baş tutacaq.
Krasnoyarsk diyarının qubernatoru Alexander Uss isə rəsmi Telegram kanalında Aleksandr Rozenbaumla şəxsən danışdığını, bütün həmyerliləri adından ona cansağlığı, sağalmasını və tezliklə səhnəyə qayıtmasını arzuladığını bildirib. Rayon rəhbəri onu da qeyd edib ki, həkimlər müğənniyə vaxtında lazımi köməklik göstəriblər və əməliyyat uğurla keçib.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya