Bütün xəbərlər
"Zəng vurub yardım istədi" - Kərim Təranədən danışdı
Tarix: 13-03-2023 02:29 | Bölmə: Mədəniyyət

"Zəng vurub yardım istədi" - Kərim Təranədən danışdı




"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi çəkmişəm. Neçə dəfə yığdı, gördüm insan pis vəziyyətdədir. Bacardığım qədər Təranəyə əl tutdum. Balasına xatir, bunu etdim".
Sabaha-inamla.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov hazırda həbsdə olan prodüser, keçmiş həyat yoldaşı Təranə Səmədova haqqında danışıb. İfaçı bildirib ki, Təranə həbs edilməzdən əvvəl ona da zəng vurub. O, jurnalistin "1500 manat maddi yardım etmisən" sualına belə cavab verib:
"Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil".
Qeyd edək ki, Kərim və Təranə ailəli olub və qalmaqallı şəkildə ayrılıb.  


Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya