Bütün xəbərlər
Bəstəkarların yubileylərinə həsr olunmuş konsert keçirildi
Tarix: 11-03-2023 20:18 | Bölmə: Mədəniyyət


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Bu barədə Sabaha-inamla.az-a Bakı Musiqi Akademiyasından bildiriblər.
Bildirilib ki, konsertdə Rusiyanın Əməkdar müəllimi, Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Mira Marçenko və tanınmış pianoçu Səidə Tağızadənin əsrarəngiz birgə ifası dinləyicilərə təqdim olundu.
Gecədə Sergey Raxmaninovun Fortepiano üçün suitalar (N.1 və N.2) və Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" əsərləri istedadlı pianoçuların ifasında musiqisevənlərin könlünü oxşamağa müvəffəq oldu.
Təntənəli konsert gecəsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.

Sabaha-inamla.az






Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya