Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında bir çox layihələr gerçəkləşməkdədir
Tarix: 05-03-2023 01:11 | Bölmə: Mədəniyyət


Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi, Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi çərçivəsində bir çox layihələr gerçəkləşməkdədir.
Bu barədə Sabaha-inamla.az-a teatrdan məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt Dövlət Dram Teatrında həyata keçirilən layihələr ilk növbədə gənc nəslin mənəvi- psixoloji cəhətdən düzgün formalaşmasında, bədii- estetik zövqlərinin doğru istiqamətləndirilməsində önəmli rol oynayır. Habelə Milli peşəkar teatrımızın 150, Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi çərçivəsində həyata keçirilən layihələr xüsusi əhəmiyyət kəsb edir.
Martın 4-də bir qrup yeniyetmənin Sumqayıt Dövlət Dram Teatrına ekskursiyası da bu qəbildəndir.
Tədbirdə teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov, teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov, baş inzibatçı Nizami Mirzəyev uşaqlara bələdçilik edərək yaradıcılıq prosesi haqqında dolğun məlumat veriblər.
Ziyarətçilər qrim otaqlarına, butafor, əlbəsə, dərzi sexlərinə baş çəkiblər, rəssam emalatxanasında eskizlərin hazırlanma prosesi ilə tanış olublar.
Musiqi və işıq sexləri də uşaqların marağına səbəb olub. Baş rejissor, Xalq artisti F.Məhərrəmov yaradıcı heyət haqqında və hər tamaşanın ərsəyə gəlməsi barədə ətraflı məlumat verib.

Kiçik tamaşaçılar ekskursiyadan xoş təəssüratla ayrılıblar.
















Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya