Bütün xəbərlər
Emir Kusturitsa Rusiyada müalicə olunmağı təklif ediblər
Tarix: 03-03-2023 23:11 | Bölmə: Mədəniyyət


Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın qubernatoru Natalya Komarova rejissor Emir Kusturitsanı Rusiyada müalicə almağa dəvət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,kinorejissor sürüşərək sağ ayağını sındırıb.
“Spirit of Fire” Beynəlxalq Film Debüt Festivalının vitse-prezidenti Mariya Zvereva bildirib ki, qubernator Natalya Komarova müalicənin təşkilində Emir Kusturitsaya kömək təklif edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Yuqoslav kinorejissoru Serbiyada ağır şəkildə yıxılıb, əzalarını sındırıb.
"Onun çətin əməliyyatı var, çox uğursuz sınığı var", - Mariya Zvereva mətbuat brifinqində məlumat paylaşıb.
2022-ci ildən Emir Kusturitsa Xantı-Mansiyskdə keçirilən “Spirit of Fire” Beynəlxalq Film Debüt Festivalının prezidentidir. Regional hökumət mədəni tədbirə dəstək verir.

Daha əvvəl bildirilib ki, zədə rejissorun Rusiyaya gəlişinə mane olmayacaq. XXI “Od ruhu” festivalı martın 3-dən 6-dək keçiriləcək.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya