Bütün xəbərlər
“Heydər Əliyev - 100” ilinə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olundu
Tarix: 02-03-2023 00:20 | Bölmə: Mədəniyyət


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Musiqi Mədəniyyəti Dövlət Muzeyi sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə görüş zamanı bəstəkarın həmkarları, sənət dostları onun yaradıcılığı haqqında çıxış etdi, ürək sözlərini bilüşdülər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirildi.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev - 100” ilinə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olundu.





Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya