Bütün xəbərlər
Prezident Xalq artistini nazir müavini təyin etdi
Tarix: 01-03-2023 22:59 | Bölmə: Mədəniyyət

                      Prezident Xalq artistini nazir müavini təyin etdi



Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov Mədəniyyət nazirinin müavini təyin edilib. 
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.
O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib. 



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya