Bütün xəbərlər
Brendan Freyzer "Mumya" filminin çəkilişlərində az qala necə öləcəyini xatırlayır
Tarix: 01-03-2023 19:38 | Bölmə: Mədəniyyət


Aktyor Brendan Freyzer Stiven Sommersin çəkdiyi macəra filmini çəkərkən necə ölmək üzrə olduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, parlaq səhnələrdən birinin yaradılması faciəyə çevrilə bilərdi.
“The Kelly Clarkson Show”da Brendan Freyzer “The Mumiya” filminin çəkiliş meydançasında az qala boğulduğunu xatırladı. Asılma səhnəsində boynunda olan kəndir həddindən artıq dartılıb və aktyor ölüm ayağında olub.
Hollivud ulduzu dəhşətlə deyir: "Ayaqların ucunda dayandım - tərpənəcək yerim yox idi".
Xoşbəxtlikdən, kaskadyor koordinatoru fövqəladə vəziyyətə vaxtında reaksiya verdi. O, ipi boşaldıb, "Cəsur Ürək" filminin çəkilişlərində Mel Gibsonun da oxşar vəziyyətdə olduğunu xatırladan qorxmuş Freyzeri sevindirməyə çalışıb.
“Mumya”dan sonra Brendan Freyzer “Yerin mərkəzinə səyahət”, “Fövqəladə tədbirlər”, “Arzularla korlanmışlar” və digər məşhur film layihələrində rol alıb.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya