Bütün xəbərlər
Kiyevdə Puşkin Muzeyinin adı dəyişdiriləcək
Tarix: 01-03-2023 19:33 | Bölmə: Mədəniyyət


Kiyev hakimiyyəti Puşkin muzeyinin adını dəyişdirərək "Kudryavkadakı malikanə" adlandırmaq qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Onlar Kiyev Tarix Muzeyinin rəhbərinin adının dəyişdirilməsini xahiş etdiyini bildiriblər.
"Bu mədəniyyət müəssisəsinin filialları adlarını dəyişir. Kiyev Puşkin Muzeyi bundan sonra "Kudryavkada malikanə" adlanacaq, Müasir İncəsənət Muzey və Sərgi Mərkəzi isə sadəcə olaraq Muzey və Sərgi Mərkəzi olacaq", - administrasiyanın teleqram kanalında deyilir.
Ötən il Ukrayna Rusiya və SSRİ ilə bağlı hər şeyə qarşı mübarizəni gücləndirdi. İl ərzində ölkədə Aleksandr Puşkinin 28 abidəsi sökülüb.
Fevralın 28-də Xarkovda adlarının Rusiyaya aid olduğu bir neçə küçənin adının dəyişdirildiyi, Kremlevskaya küçəsinin adının isə ümumilikdə şəhər xəritəsindən çıxarıldığı xəbəri yayılıb.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya