12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bakı Musiqi Akademiyasında "Xocalı faciəsi - 31" adlı konfrans-tədbir təşkil olunub
Tarix: 25-02-2023 12:19 | Bölmə: Mədəniyyət

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında "Xocalı faciəsi - 31" əlaqədar Tarix- nəzəriyyə fakültəsinin (bəstəkar və musiqişünas) tələbələrinin iştirakı ilə konfrans-tədbir təşkil olunub. Konfrans- tədbirin təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına BMA-nın dosenti Minaxanım Babayeva idi.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyası sosial şəbəkəəd məlumat yayıb.
Tədbirdə ilk öncə Xocalı faciəsi şəhidlərinin ildönümü və Türkiyədə əsrin faciəsi, zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımı ilə bağlı bir sıra tarixi məqamlara toxunuldu, tələbələr tərəfindən hazırlanan slaydlar təqdim edildi. Çıxış edənlər sırasında Minaxanım Babayeva, Gülnur Kazımzadə, Aytən Qasımova, Məryəm Əliyeva, Mahnur Mahmudova, Özləm Əliyeva, Neyjən Mustafayeva, Vəfa Əhmədbəyova, Mehriban Mehdiyeva, Nərmin Rəhimova, Aydan Əhmədova, Mələk Cəfərova, Leyla Ağayeva, İradə Məlikova, Fatimə Məmmədzadə, Rüfət Səfərli, Həmidə Yaşar yer almışdır. Azərbaycan tarixinin qan yaddaşı olan Xocalı soyqırımı neçə- neçə evlərin çırağını söndürən erməni vəhşiliyinin səhnəciyi ilə başlandı. Tədbirdə Q.Qarayevin c- moll prelüdü, Cahangir Cahangirovun “Cənnətim Qarabağ", Vasif Adıgözəlovun "Şuşam Laylay", " Ay Laçın", xalq mahnısı "Qarabağın maralı” mahnısının işləməsi səsləndirildi. Son olaraq isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə xanım Quliyeva çıxış etdi.
Tədbir dinləyicilərin böyük marağına səbəb oldu.

Sabaha-inamla.az












Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər