12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Türkiyədə baş vermiş zəlzələdən təsirlənən gənc rəssam-heykəltaraşın "Ayrılıq" əsəri-VİDEO+FOTOLAR
Tarix: 23-02-2023 18:39 | Bölmə: Mədəniyyət

Zaur Fəzail oğlu Qəhrəmanov 18.12.1994-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. Rəssamlıq Akademiyası, heykəltəraşlıq ixtisası üzrə 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri və YARAT Müasir İncəsənət məktəbinin tələbəsidir.



Müəllim müasir incəsənətə yenilik gətirən bu əsəri barədə
Sabaha-inamla.az-a açıqlamasında belə deyib: "Yeni yaratdığı "Ayrılıq" əsərini  Qardaş Türkiyədə baş vermiş zəlzələdən təsirlənərək hazırlayıb. Bu əsərdə hər bina, bir insanı təmsil edir. Binaları insan formasında düzəldərək, insan ilə müqayisə etmişəm. Əsərin mərmər hissəsi 2 yerə bölünür. Yarısı dağılmış, damino daşi kimi bir-birlərinin üzərlərinə aşan, digər yarısı isə tam sağlam qalan və aşan

                           


binaları saxlayan bina. Burada da, Türkiyədə sağlam və keyfiyyətsiz binalara diqqət çəkməyə çalışmışam. İnsan formasında olan binalar, ailəni təmsil edir və 3 bina( ailənin 3 üzvü ) məhv olub, digər bina (üzv isə) sağ qalıb və bir- birlərindən həmin çat vasitəsilə ayrılıb. Əslində bu tək dağıntının deyil, sağ qalan binanın kədəridi. Bu bina isə digər binayı qucaqlayaraq kədərini bildirir. Əsər sonda isə binanın yanında yalqız qalmış oyuncaq ayısı ilə əsər yekunlaşır".
R.S. Gənc yaşında günnən səsləşən bu əsəri onun gələcəkdə böyük sənətkar olacağından xəbər verir.Zaur Qəhrəmanova uğurlar arzulayırıq!






















Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər