12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
MUĞAM SƏNƏTİNİN CANLI ƏFSANƏSİ ARİF BABAYEV - 85
Tarix: 21-02-2023 23:49 | Bölmə: Mədəniyyət

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Xalq artisti Arif Babayevi doğum günü münasibətilə təbrik edib.

Sabaha-inamla.az həmin təbrikin mətnini diqqətə çatdırır: 
"Bu gün muğam sənətinin canlı əfsanəsi, xanəndə, Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli Arif Babayevin doğum günüdür.
Arif Babayev 1938-ci il fevral ayının 20-də Ağdamın Sarıhacılı kəndində anadan olmuşdur. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyasına, daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”,“Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradıb. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xanəndə təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi sevimli sənətkarı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzu edir.
Muzey həmçinin  zəngin kolleksiyasıyasından- Arif Babayevin həyat və yaradıcılıq yolunu əks etdirən şəkilləri sosial şəbəkədə paylaşıb.























Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər