Bütün xəbərlər
Amerikalı aktrisa Melinda Dillon vəfat edib
Tarix: 04-02-2023 19:25 | Bölmə: Mədəniyyət

Amerikalı aktrisa Melinda Dillon 84 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Stiven Spilberqin “Üçüncü növdə yaxın görüşlər” və Pol Tomas Andersonun “Maqnoliya” filmlərindəki rolları ilə tanınır.
Melinda Dillon yanvarın 9-da vəfat edib, lakin aktrisanın ailəsi yalnız ötən cümə günü nekroloq dərc edib.
Aktrisa 1939-cu ildə ABŞ-da anadan olub. 38 yaşındakı film debütü - xalq müğənnisi Vudi Qutriyə həsr olunmuş "Şöhrət yolunda" bioqrafik filmi Melinda Dillona dərhal şöhrət gətirdi. Memfis Syu roluna görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. Bir il sonra Stiven Spilberqin "Üçüncü növdə yaxın görüşlər" filmində yadplanetlilər tərəfindən qaçırılan uşağın anası rolu ona "Oskar" nominasiyasını gətirdi. 1982-ci ildə aktrisa Sidney Pollakın "Şərsiz" dramındakı roluna görə ikinci Akademiya mükafatına namizədliyini aldı.
Melinda Dillon "Yumruq", "Milad mahnısı", "Səhrasız şəhər", "Maqnoliya" filmlərində də rol alıb. Aktrisa kino karyerasını teatrdakı işi ilə birləşdirib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya