Bütün xəbərlər
Aktyor Stüart Marqolin 82 yaşında vəfat edib
Tarix: 14-12-2022 10:07 | Bölmə: Mədəniyyət


ABŞ-da kino, teatr və televiziya aktyoru, rejissor Stüart Marqolin vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 82 yaşı var idi.
Kədərli xəbəri aktyorun ögey oğlu Maks Martininin sosial şəbəkələrinə istinadən "Deadline" nəşri yazır.
Stüart Marqolinin ölüm səbəbi məlum deyil. Aktyor 1979 və 1980-ci illərdə "Emmi" mükafatını qazandığı "The Rockford Files" filminin beşinci və altıncı mövsümlərində ikinci plan rolları ilə tanınıb.
Ümumilikdə aktyorun filmoqrafiyasında yüzdən çox rol var. Bunlar film və seriallardır: “Kellinin qəhrəmanları”, “Ölüm arzusu”, “X-Files”, “Şəxsi detektiv Maqnum” və s.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya