Bütün xəbərlər
BTS üzvü Jin hərbi xidmətə getdi
Tarix: 14-12-2022 10:02 | Bölmə: Mədəniyyət


Cənubi Koreyanın BTS qrupunun solisti Kim Seokjin hərbi xidmətə yollanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,musiqi qrupunun qalan üzvləri də nəzərdə tutulan konsertlərdən sonra orduya gedəcəklər.
Jin BTS-in bütün solistlərinin ən yaşlısıdır, bu il onun 30 yaşı tamam oldu. “The Guardian” yazır ki, o, hazırda Şimali Koreya ilə sərhədə yaxın bazada xidmət edir.
İndi ifaçı təxminən beş həftə çəkəcək təlim keçməlidir. Sonra 18 aylıq xidmətə gedəcək.
Cənubi Koreyada məcburi hərbi xidmət iki ildir. Lakin ölkə qanunları bəzi hallarda alternativ xidmətə icazə verir.
Məlumdur ki, BTS yalnız hərbi xidmətdən sonra - 2025-ci ildə yenidən birləşəcək.


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya