Bütün xəbərlər
Fransa təmsilçisi "Junior Eurovision"un qalibi oldu
Tarix: 12-12-2022 10:28 | Bölmə: Mədəniyyət


Bazar günü İrəvanda keçirilən yubiley 20-ci Junior Eurovision Mahnı Müsabiqəsində Fransa təmsilçisi Lisandro "Oh Maman" mahnısı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Ermənistanın İctimai Televiziyası məlumatına görə, Ermənistanı təmsil edən gənc müğənni Nare ikinci yeri tutub.
"Səsvermənin nəticələrinə görə, Lisandro peşəkar münsiflər heyətindən 127, onlayn səsvermə nəticəsində isə 71 xal toplayıb. O, 203 xalla qalib gəlib. Nare ona çatmağa cəmi 23 xal itirib", - mesajda deyilir.
Üçüncü yeri Gürcüstan təmsilçisi Mariam Biqvava tutub.
Erməni müğənni Malena Parisdə 2021-ci ildə keçirilən müsabiqənin qalibi olduğu üçün builki Junior Eurovision İrəvanda keçirilib.
Birinci Kanal, VGTRK və Radio House Ostankino-nun Avropa Yayım Birliyindən çıxması səbəbindən “Junior Eurovision 2022”nin Rusiya seçmə mərhələsi ləğv edilib.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya