Bütün xəbərlər
Bəstəkar Artemyev xəstəxanaya yerləşdirilib
Tarix: 10-12-2022 03:59 | Bölmə: Mədəniyyət


Bu yaxınlarda 85 yaşını qeyd edən bəstəkar Eduard Artemiyev Moskva xəstəxanalarından birinə yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bəstəkar özü xəstəxanaya yerləşdirildiyini təsdiqləsə də, özünü olduqca normal hiss etdiyini əlavə edib.
TASS xəbər verir ki, bundan əvvəl Artemiyevin koronavirus infeksiyasına yoluxması səbəbindən təcili xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılmışdı.
Noyabrın 30-da bəstəkar 85 yaşını qeyd edib. Artemiyevin musiqisi "Sevgi qulu", "Qohum", "Qəriblər arasında dost, dostlar arasında qərib", "Güzgü", "Solaris", "Günəşin yandırdığı", "Stalker", "Kuryer", "Günəş vurması" filmlərindən tanınır.Ümumilikdə iki yüz filmə musiqi yazıb. Və Eduard Artemiyev 40 il ərzində Cinayət və Cəza operasını yazıb.


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya