Bütün xəbərlər
Ceki Çan "Pik saat" adlı döyüş filminin dördüncü hissəsi üzərində işi təsdiqləyib
Tarix: 09-12-2022 22:33 | Bölmə: Mədəniyyət


68 yaşlı Honq-Konqlu aktyor və kino prodüser Ceki Çan etiraf edib ki, “Pik saat” döyüş komediyasının dördüncü hissəsi hazırlanır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə aktyor Qırmızı dəniz kinofestivalında keçirdiyi mətbuat konfransında məlumat verib.
"Deadline" portalının məlumatına görə, filmin ssenarisi artıq hazırdır. Yaxın vaxtlarda aktyor adını açıqlamadığı rejissorla materialı müzakirə etməyi planlaşdırır. Yəqin ki, layihə hələ danışıqlar mərhələsindədir.
Ceki Çan onu da qeyd edib ki, gələcəkdə daha az döyüş filmləri çəkəcək və diqqətini sevgi ilə bağlı layihələrə cəmləyəcək. Hazırda "qadınlar üçün dram" kimi təsvir etdiyi film üzərində işləyir.
1998-ci ildə "Pik saat" filminin birinci hissəsi ekranlara çıxdı. Film Los-Ancelesdə Çin konsulunun kiçik qızının qaçırılmasını araşdırmaq üçün birlikdə işləyən Çinli müfəttiş və Amerika polis detektivindən bəhs edir. Orijinal film dünya üzrə 224 milyon dollar gəlir əldə edib. Franşizanın ikinci və üçüncü davamı 2001 və 2007-ci illərdə buraxıldı.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya