Bütün xəbərlər
Antonio Banderas "Şrek"in ekranlara qayıtmasından danışıb
Tarix: 09-12-2022 00:29 | Bölmə: Mədəniyyət


"Şrek"in ən yaddaqalan obrazlarından birini səsləndirən Antonio Banderas məşhur franşizaya qayıdacağına eyham vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,aktyor, daha sonra ayrıca bir sıra cizgi filmlərinin qəhrəmanına çevrilən "Çəkməli pişiy"i səsləndirdi.
Qırmızı Dəniz Film Festivalında Antonio Banderas tezliklə Şrekdəki Pişiyi yenidən səsləndirəcəyini açıqladı. İlk dəfə cizgi film qəhrəmanı 2004-cü ildə Şrek2 ekranlara çıxanda öz səsi ilə danışıb.
"Deadline" aktyorun sözlərini sitat gətirib: "Bu pişiklə 20 il keçirdim. İlk dəfə "Broadway"-də işləyəndə "Çəkməli Pişik" oldum. Beş film səsləndirdim, çox güman ki, daha bir film olacaq. Şrek yəqin ki, qayıdacaq".
Bataqlıqda yaşayan yaşıl nəhəng haqqında dünya ilk dəfə 2001-ci ildə öyrəndi. Animasiya filminin yaradıcıları Avropanın məşhur nağıllarının süjetlərindən istifadə edərək yeni hekayə yaradıblar və bu, çox uğurlu alınıb. 2002-ci ildə Şrek Oskar qazandı və tarixdə bu mükafatı qazanan ilk uzun metrajlı cizgi filmi oldu.


Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya