Bütün xəbərlər
Qənirə Paşayeva bir qrup mədəniyyət işçisi və sənətçi ilə görüşüb
Tarix: 06-12-2022 21:56 | Bölmə: Mədəniyyət

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Konservatoriyanın Dirijorluq kafedrasının müdiri Leyla Zalıyeva, Gənc Tamaşaçılar Teatrının aktrisası Mehriban Hüseynova, bəstəkar Elmir Mədətoğlu, Lerikdə yaşayan Küsəkərən Mədəniyyyət Evinin direktoru, qocaman mədəniyyət işçisi Gülağa İsiyev, Gəncədə yaşayan mədəniyyət işçisi Hafis Şabanov, AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Kamança qrupunun konsertmeysteri Vidadi Paşayev, AzTV-nin əməkdaşları Kənan İsmayılov və Lətif Abdullayevlə görüşüb.
Sabaha-inamla.az xəbər verir ki, millət vəkili bu barədə feysbuqda paylaşma edib.

Qənirə Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin beynəlxalq aləmdə təbliği, mədəni irsin qorunması, mədəniyyət işçilərinə, sənət xadimlərinə qayğı göstərilməsi sahəsindəki böyük işlərindən söz açaraq, bu həssaslığın, diqqət-qayğının hər bir mədəniyyət işçisi, incəsənət xadimi üçün mənəvi məsuliyyət yaratdığını vurğulayıb. Komitə sədri bu mənəvi məsuliyyətin yeni sənət uğurları, mədəni irsin qorunması, mədəniyyətimizin beynəlxalq aləmdə təbliği ilə cavablandırılmalı olduğunu deyib.








Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya