Bütün xəbərlər
Pop ulduzu Dua Lipa Albaniya vətəndaşlığını qəbul edib
Tarix: 29-11-2022 02:06 | Bölmə: Mədəniyyət

Alban əsilli 27 yaşlı britaniyalı müğənni Dua Lipa Albaniyanın tamhüquqlu vətəndaşı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, şəxsi bloqunda onun üçün vacib xəbərləri pərəstişkarları ilə bölüşüb.
Müğənni ölkə prezidenti Bayram Beqaya və Tirana şəhərinin meri Erion Veliaya minnətdarlığını bildirib.
"Mən xoşbəxtəm ki, bu gün vətəndaşlıq andiçmə mərasimində sizin kimi nəcib, istedadlı və öz kökləri ilə fəxr edən bir qızla tanış oldum", - mer yazıb.
O, həmçinin bildirib ki, Dua Lipa noyabrın 28-də Albaniyanın müstəqilliyinin 110 illiyinə həsr olunmuş konsertdə çıxış edəcək.
Xatırladaq ki, qız Böyük Britaniyada anadan olub, valideynləri Kosovo albanlarıdır. Dua Lipanın ailəsi respublikanın Serbiyadan müstəqilliyini elan etməsindən sonra uşaq ikən Kosovonun paytaxtı Priştinaya qayıdıb. 15 yaşında ifaçı musiqi karyerasını davam etdirmək üçün Londona qayıdıb. Həmçinin, müğənni atası, kosovalı rok musiqiçisi Dukaqjin Lipa ilə birlikdə qaçqınlara kömək etmək və Kosovo xalqına dəstək olmaq üçün Günəşli Təpə Fondunu təsis edib.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya