Bütün xəbərlər
Disney "İndiana Cons" filmləri əsasında serial çəkmək istəyir
Tarix: 09-11-2022 18:21 | Bölmə: Mədəniyyət

Disney Studiyası İndiana Cons haqqında yeni macəra serialı çəkməyə hazırlaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Amerikanın həftəlik "Variety" nəşri məlumat yayıb.
Hazırda şirkət yeni layihə üçün ssenarist axtarır.
Məşhur arxeoloq İndiana Cons haqqında serial çəkmək ideyası bu il 80 yaşını qeyd edən aktyor Harrison Fordun kult-macəra triller filminin şəklinin beşinci hissəsində iştirakının sonuncu olacağını deməsindən sonra yaranıb. Filmin 2023-cü ilin yayında nümayişi planlaşdırılır.
Daimi Harrison Forddan əlavə, franşizanın beşinci hissəsində Antonio Banderas, Mads Mikkelsen, Phoebe Waller-Bridge, Toby Jones, Thomas Kretschmann və Boyd Holbrook kimi kino ulduzları çıxış edəcəklər.
Xatırladaq ki, ilk film - "İndiana Cons: İtirilmiş gəminin basqınçıları" 1981-ci ildə Corc Lukasın süjeti əsasında rejissor Stiven Spilberq tərəfindən yaradılmışdır. Şəkil AFI-nin məlumatına görə, 100 il ərzində ən çox aksiyon dolu yüz Amerika filmi siyahısında 10-cu yerdədir.


Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya