Bütün xəbərlər
76 yaşlı Şer özündən 40 yaş kiçik prodüserlə görüşür
Tarix: 08-11-2022 20:33 | Bölmə: Mədəniyyət


Müğənni Şer 36 yaşlı prodüser və reper Aleksandr Edvardsın yeni sevgilisi olduğunu təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bir neçə gün əvvəl cütlük Qərbi Hollivudda əl-ələ gəzərkən görüntülənib. İndi sənətçinin şəxsi həyatında dəyişikliklərin olduğuna şübhə yoxdur.
Şer sosial şəbəkədə münasibətləri haqqında danışıb. Müğənni yeni sevgilisinin şəklini paylaşıb və ora ürək emojisini yerləşdirib.Sənətçi sevgilisinin onunla  kraliça kimi davranıldığını əlavə edib.
Şərhlər onun ciddi yaş fərqinə işarə etdikdə, Şer cavab verib ki, sevgi riyaziyyatı bilmir. Müğənni "Mən hisslərimizi başqalarının hücumlarından müdafiə etməyəcəyəm. Nifrət edənlər nifrət etməyə davam edəcək. Bizim xoşbəxt olmağımıza əhəmiyyət vermirlər və heç kimə qarışmırlar" deyə yazıb.
Şer və Alexander Edwards sentyabr ayında Paris Moda Həftəsində görüşüblər. Reper daha əvvəl model və aktrisa Amber Rouzla görüşmüşdü və onların Slaş Electric adlı bir oğlu var. Ayrılığa səbəb Edvardsanın xəyanət etməsi olub.
Şer məşhur müğənni, musiqi aləminin əfsanəsi və bir çox mükafatların sahibidir. "Burlesque" və "The Witches of Eastwick" kimi filmlərdə rol alıb.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya