22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Aktrisa Mişel Uilyams üçüncü övladını dünyaya gətirib
Tarix: 02-11-2022 22:39 | Bölmə: Mədəniyyət


Amerikalı aktrisa Mişel Uliyamsın ailəsinə yeni nəfəs gəlib.

Sabaha-inamla.az , rus mətbuatına istinadən xəbər verir ki, "Venom" və "Merilinlə 7 gün və gecə" ulduzunun son fotolarına əsasən, o, üçüncü dəfə ana olub.
Üçüncü övladının dünyaya gəlməsi ilə bağlı Uliyams şərh vermir. Onun həyatındakı sevincli hadisə barədə paparassilərin çəkdiyi şəkillərini dərc edən "Daily Mail" xəbər verib. Fotoqraflar aktrisanı həyat yoldaşı Tomas Kale və iki yaşlı oğlu ilə birlikdə Nyu-York küçələrində çəkiblər. Sinəsindəki daşıyıcıda Mişel ikinci körpəsini aparırdı.
Mişel Uilyams 2019-cu ilin sonunda rejissor Thomas Cale ilə nişanlandı və 2020-ci ildə cütlük nikah bağladı. Elə həmin il onların ilk övladı dünyaya gəldi.
Aktrisanın aktyor Hit Ledcerdən 17 yaşlı Matilda adlı qızı da var.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya