12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Deputat “Parabüzən” filmi haqda yazıb
Tarix: 30-10-2022 06:07 | Bölmə: Mədəniyyət


   Oktyabrın 29-da 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filmi nümayiş etdirilib.
    Təqdimat mərasimində deputatlar, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Müdafiə Nazirliyinin zabitləri, Qarabağ müharibəsi qaziləri, digər dövlət rəsmiləri və filmdə çəkilən şəxslər iştirak ediblər.

    Filmdə iştirak edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bu barədə öz fikirlərini sosial şəbəkədə yazıb. O qeyd edib ki,film 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb.
Filmdə 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.

Sabaha-inamla.az











Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər