Bütün xəbərlər
Film çəkilişi üçün açıq kosmosa çıxacaq
Tarix: 10-10-2022 22:10 | Bölmə: Mədəniyyət

                           Film çəkilişi üçün açıq kosmosa çıxacaq


Hollivud aktyoru Tom Kruz Beynəlxalq Kosmik Stansiyaya yollanacaq və filmdə çəkilmək üçün açıq kosmosa çıxacaq.
Bu barədə “Qafqazinfo” “The New York Post” nəşrinə istinadən xəbər verir. 
Filmin rejissoru Daq Laymandır. Bildirilir ki, ekran işinin böyük hissəsi Yerdə çəkiləcək, Kruzun qəhrəmanı kosmosa “vəziyyəti xilas etmək üçün” yollanacaq.
“Universal Filmed Entertainment” şirkətinin təmsilçisi Donna Lenqli bildirib ki, Kruz Beynəlxalq Kosmik Stansiyanın hüdudlarından kənarda açıq kosmosa çıxacaq ilk mülki şəxs olacaq.




Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto
25-02-2025, 19:36 Xalq artisti vəfat edib