Bütün xəbərlər
Tanınmış memar vəfat etdi
Tarix: 17-09-2022 15:51 | Bölmə: Mədəniyyət

                    Tanınmış memar vəfat etdi



Tanınmış memar, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, o, ötən gün 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Marifə Əbdül qızı Əhmədova uzun müddət Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi - baş memar vəzifəsində çalışıb.
M.Əhmədova həmçinin Lənkəranda və Bakıda çoxsaylı tikili və abidələrin müəllifi olub. Onun əsərləri arasında
Lənkəranın girişində yerləşən “Samovar” abidəsi məşhurdur.





Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya