Bütün xəbərlər
Anar Kərimov Fatma Sönməzlə görüşdü - Fotolar
Tarix: 13-09-2022 22:57 | Bölmə: Mədəniyyət

                    Anar Kərimov Fatma Sönməzlə görüşdü


Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Əhməd Yəsəvi Kültür Dərnəyi” İctimai Birliyi İdarə heyətinin rəhbəri Fatma Sönməzlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, türk dünyasının görkəmli ziyalısı F.Sönməzi səmimi salamlayan nazir istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın tarixi torpaqları Qarabağın, Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib. 
Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən F.Sönməz bundan sonrakı fəaliyyətində də türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.
A. Kərimov qonağa fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.








Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya