Bütün xəbərlər
Qənirə Paşayeva Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Tədqiqatları jurnalının himayədarı Başar Kömürlə görüşüb
Tarix: 13-09-2022 22:36 | Bölmə: Mədəniyyət


Komitə sədri bu il 70 illik yubileyini qeyd edən Başar Kömürü bir daha təbrik edərək, onun Almaniyanın Mayns şəhərindəki Azərbaycan Cəmiyyətinin sədri, Dunya Azərbaycanlılarının Qurultaylarının numayəndəsi, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvü olaraq öz fəal mövqeyi ilə seçildiyini minətdarlıqla bildirib: “Siz 2005-ci ildə Türkiyənin Hatay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arasında dostluq və işbirliyi müqavilələrinin bağlanmasının təşəbbüskarı olmuş və həmin bələdiyyələrin sədrlərinin Azərbaycana səfərlərini təşkil etmisiz. Siz 2010-2012-ci illər içində Avropa Azərbaycanlıları Konqresinin sədri olmusuz.
Təsadüfi deyil ki, 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinizə görə “Tərəqqi” medalı, 2011-ci ildə isə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinizə görə “Dostluq” ordeni ilə təltif edilmisiz.
Q.Paşayeva B.Kömürə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb, ona bütün nəcib işlərində yeni uğurlar diləyib.
Bu il Şuşada keçirilmiş “Zəfər Qurultayı”nda iştirakını xatırladan B.Kömür Q.Paşayevaya fikir mübadiləsi və söylədiyi fikirlər üçün təşəkkür edib, qardaş ölkələrimizin daha sıx işbirliyi və Avropada diaspor hərəkatının gücləndirilməsi, birgə layihələr barədə düşüncələrini bölüşüb.

Sabaha-inamla.az






Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya