12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir”
Tarix: 12-09-2022 22:13 | Bölmə: Mədəniyyət

                    “Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir”


“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri reper Elşad Xose “Минута Плюс” yutub layihəsində deyib.
Elşad hazırda narkotikdən əziyyət çəkənlərə yardım etməyə hazırlaşdığını deyib: “Bunun üçün bir sosial layihə üzərində çalışıram. Bu mövzu mənim üçün çox ağrılıdır və vacibdir. Mən özümü təcrübəli və bu mövzuda qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var”.
Şəxsi həyatından danışan reper bunları deyib: “Xoşbəxtəm və xoşbəxt olacağıma inanıram”. 
Qeyd edək ki, E. Xose bir neçə ay əvvəl ikinci dəfə ailə qurub. O, ilk dəfə rəqqasə Oksana Rəsulova ilə ailəli olub. 



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər