Bütün xəbərlər
Ruhi Əliyeva Fəxri Fərmanla təltif olunub
Tarix: 09-09-2022 22:53 | Bölmə: Mədəniyyət



"Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Bu baxımdan mədəniyyətimizin, musiqimizin təbliğinə az da olsa qatqısı olmaq böyük şərəfdir.
Bu yöndə göstərilən səylərin, təşəbbüslərin dəyərləndirilməsi isə insanı ikiqat xoşbəxt edir".

Bu sözləri ictimai fəaliyyətində sosial layihələrlə yanaşı mədəni tədbirlərdə, humanitar aksiyalarda mümkün qədər iştirak etməyə çalışan Ruhi Əliyeva deyib.

"Bakı şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyətimə göstərdiyi diqqətə və verdiyi dəyərə görə hörmətli İbrahim müəllimə dərin təşəkkürümü bildirirəm,"- deyə əlavə edib.
Sabaha-inamla.az



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya