12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Qənirə Paşayeva “Türk Dünyası Qadınlar Dərnəyi”nin “Alp Qadın” ödülünə layiq görülüb
Tarix: 09-09-2022 13:50 | Bölmə: Mədəniyyət

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan “Türk Dünyası Qadınlar Dərnəyi”nin “Alp Qadın” ödülünə layiq görülüb. Təqdimat TÜRKSOY-da baş tutub. Ödülü Komitə sədrinə qurumun başqanı, Qazi Universitetinin professoru Alev Çakmakoğlu (Kuru) təqdim edib. Q.Paşayeva bu ödülün şərəfi qədər məsuliyyətinin də fərqində olduğunu deyib, təltif qərarı verən “Türk Dünyası Qadınlar Dərnəyi”nin başqanlığına, şəxsən Alev xanıma könül dolusu təşəkkür edib. Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazi Universitenin Türk Dünyası Uyğulama ve Araşdırma Mərkəzi tərəfindən bu ilin mart ayında düzənlənən “Türk Dünyasında Alp Qadın” mövzulu Beynəlxalq simpoziumun təntənəli açılış mərasimində çıxış etmişdi. Açılışa onlayn rejimdə qatılan Q.Paşayeva, qardaş ölkənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin təşkilatçılığı ilə belə bir simpoziumun təşkilini təqdirəlayiq hadisə kimi qiymətləndirib, şəhid xanımlarımızdan, eləcə də, türk tarixində xüsusi rolu olan qadınlardan – Xurşudbanu Natəvan, Nənə Xatun, Şükriyyə xanım və Sürəyya Ağaoğlundan söz açıb, onları çağdaş Türk dünyası qızları üçün örnək adlandırmışdı.
Sabaha-inamla.az






Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər